SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakıda “Hyundai” yanıb

Bakıda “Hyundai” yanıb

  • 23 may 2026, 23:56
Bakı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları