Goranboyda sel fəsadlar törədib.
Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, yağan intensiv yağışlar nəticəsində Qara Goran çayı və Kürəkçay çayında suyun səviyyəsinin artması səbəbindən Goranboy rayonunun Veyisli, Qazançı və Goranlı kəndlərində əkin sahələrinə sel suları dolub.
Yaranmış vəziyyətlə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə müvafiq texnikalar cəlb edilərək sel sularının kəndlərin daxilinə dolmasına və təsərrüfatlara ziyan vurmasının qarşısının alınması istiqamətində zəruri işlər həyata keçirilir.
Rayon İcra Hakimiyyətindən Yurd.media-ya bildirilib ki, vəziyyət tam nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən ərazidə zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, yağıntılı hava şəraiti davam edir.