SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Samuxda quyuya düşən kişi belə çıxarıldı - VİDEO

Samuxda quyuya düşən kişi belə çıxarıldı - VİDEO

  • 23 may 2026, 20:08
Samux

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Yurd.Media-ya bildirilib ki, qurumun Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Fərmanlı Rauf Ələddin oğlu 20 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Samuxda quyuya düşən kişi belə çıxarıldı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları