Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən "AF Hotel"də güclü yanğın başlayıb.
Yurd.Media "Manset.az"a istinadən xəbər verir ki, hadisəyə ilkin səbəb kimi qısaqapanmanın baş verdiyi bildirilir.
Hoteldə olan qonaqlar və əməkdaşlar təxliyə ediliblər. Hadisə yerinə FHN-nin yanğınsöndürmə maşınları və təcili tibbi yardımın briqadaları cəlb edilib.