SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Lənkəranda vəzifəli şəxs jurnalistə hücum etdi

Lənkəranda vəzifəli şəxs jurnalistə hücum etdi

  • 12 oktyabr 2025, 21:08
Lənkəran

Lənkəranda tanınmış jurnalist Aydın Cana hücum olub. 

Yurd.Media "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib.

A. Canın sözlərinə görə, adıçəkilən kəndinin keçmiş icra nümayəndəsi, hazırda Lənkəran rayon Yaşıllaşdırma İdarəsində işləyən Əflatun Əsgərovun hücumuna və təhqirlədinə məruz qalıb:

"O, vaxtilə kənd icra nümayəndəsi olub. Elə fikir yayır ki, guya icra nümayəndəsi olanda Taleh Qaraşovu (Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı) tənqid edirəm ki, bunu işdən çıxarsın. Mənə deyir ki, indi yaz da Taleh Qaraşovdan. Niyə yazmırsan? Onda məni təhqir və təhdid etdi. Deyir ki, yumruğu qoyaram ağzından, qan dolar ağzına. Əflatun Əsgərov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iki dəfə iki kəndə öz nümayəndəsi təyin etdiyi rəhbər, vəzifəli şəxsdir.

Baxmayaraq ki, Əflatun Əsgərovu dövlət qulluğunda  olan şəxsin iş başında olma vəziyyətinə yaraşmayan formada olmasını irad tutan Lənkəran RİH ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri irad tutduğuna görə subordinasiya qaydalarını pozduğu, kobud davrandığı üçün işdən azad edib, amma yenə də humanist davranıb yenidən işə düzəlməyinə yardımçı olub.

Əflatun Əsgərov isə iki gün qabaq elə hədə-qorxu və təhqir ilə kəndin ortasında üstümə cumub ağır cinayətlərdə ittiham etməklə məndən tələb edirdi  ki, niyə Taleh Qaraşovdan indi yazmırsan, hər şey düzəlib?.

A.Can söyləyib ki, Ə.Əsgərovun hərəkətləri barədə oktyabrın 13-də Lənkəran Rayon (Şəhər) Polis Şöbəsinə, prokurorluğa və məhkəməyə müraciət edəcək:

"Hədə-qorxu yolu ilə şantaj etməkdə, işlədiyi dövrlərin kompleks təftişi və xüsusi ittiham qaydasında şərəf və ləyaqətin təhqir ilə bağlı şikayət verəcəm".

Prime Leasing