SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

  • 28 iyul 2025, 23:17
Lənkəran

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağrışa gedən təcili tibbi yardım avtomobili "Hyundai Santa Fe" markalı maşınla toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları