SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Lənkəranda avtomobil zənciri: 10 nəfər xəstəxanalıq oldu - FOTO

Lənkəranda avtomobil zənciri: 10 nəfər xəstəxanalıq oldu - FOTO

  • 18 may 2025, 23:14
Lənkəran

Lənkəranda ayrı-ayrı ünvanlarda yol-nəqliyyat hadisələri baş verib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran rayonunun ayrı-ayrı ünvanlarında yol-nəqliyyat hadisələri baş verib.

Qəzalardan biri rayonunun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb.

"Toyota RAV4", "Lada Granta", "VAZ-2106", "Nissan" avtomobillərinin və "Mercedes" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzalarda 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəstəxanadan verilən məlumata görə 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonun Velədi kənd sakinləridir.

Qəzalarda 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov, 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova, 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov, 2016-cı il təvəllüdlü Z. Nəcəfova, 2024-cü il təvəllüdlü R. Nəcəfova, 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov, Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev, Masallı rayon Sığıncaq kənd sakini 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova, Masallı rayon Sığıncaq kənd sakini 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və Masallı rayonunun Bədəlan kənd sakini 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov xəsarət alıblar.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirilib ki, 18.05.2025-ci il tarixində saat 17:05 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (2-si kişi, 1-i qadın cinsli, 2 azyaşlı olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Prime Leasing