SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Lahıcda tarixi abidə yaxınlığında gizli qazıntılar aparılır? - İDDİA

Lahıcda tarixi abidə yaxınlığında gizli qazıntılar aparılır? - İDDİA

  • 03 iyun 2025, 23:48
İsmayıllı

İsmayıllının Lahıc kəndində “Diz Əli” adlanan ərazidə və Fit qalasının yaxınlığında sirli partlayış səsləri eşidilib.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, bu hadisə bölgədə yaşayanların diqqətini çəkib.

İddialara görə, ərazidə gizli qazıntı aparılıb. “Ayın 7-də Niyalda dörd partlayış oldu. Məlumata görə, guya Cavanşirin xəzinəsi qalıb, onu axtarırlar. Daha 2 partlayış da baş verdi. Gedib gördüm ki, hər yeri dağıdıblar. Bizim abidəni dağıtmağa heç kimin haqqı yoxdur”, - hadisə şahidi söyləyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsindən Mücü kəndi istiqamətində 5-6 kilometr məsafədə dağlıq relyefdə yerləşən Niyal qalası Nazirlər Kabinetinin 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:

“Müraciətinizə aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb. Qeyd olunan qanun pozuntusu barədə Dövlət Xidmətinə məlumat daxil olmuş və dərhal məsələnin araşdırılması üçün aidiyyəti üzrə müraciət olunub. Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq aparılır. İstintaq işləri başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Ətraflı süjetdə:

Prime Leasing