SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Koroğlu körpüsündə TƏHLÜKƏLİ vəziyyət yaranıb? - VİDEO

"Koroğlu körpüsü"ndə TƏHLÜKƏLİ vəziyyət yaranıb? - VİDEO

  • 01 iyul 2025, 18:15
Bakı

Bakının əsas körpülərindən birində təhlükəli vəziyyət yarandığı iddia olunur.

Yurd.Media  xəbər verir ki, buna səbəb "Koroğlu körpüsü" kimi tanınan körpünün kənarında görünən çatlar olub.

Çatlar körpünün hər an uça biləcəyi təsəvvürünü yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

"Bu, çat deyil. Körpünün konstruksiyasının birləşən hissəsidir, yəni aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (temperatur şovu). Belə olmalıdır", - deyə A.Nəcəfli vurğulayıb.

Prime Leasing