SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb

Goranboyda 11-ci sinif şagirdi itkin düşüb

  • 19 avqust 2025, 14:11
Goranboy

Goranboy rayonunda məktəbli itkin düşüb.

Yurd.Media oxu.az-a istinadən xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi, Ümid Azad oğlu İsayev ötən gün evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Bu barədə itkin düşən Ümid İsayevin yaxınları tərəfindən məlumat verilib. Bildirilib ki, Ü.İsayev evdən çıxan zaman başında kepka və gözündə eynək olub.

Məktəblinin itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy RPŞ-də tədbirlər həyata keçirilir.

Prime Leasing