SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Kirayə qaldıqları evdə partlayış oldu, ailənin 3 üzvü ağır yaralandı - VİDEO

Kirayə qaldıqları evdə partlayış oldu, ailənin 3 üzvü ağır yaralandı - VİDEO

  • 17 mart 2026, 09:24
Tovuz

Tovuzda bir ailənin kirayə qaldıqları evdə qazsızması nəticəsində partlayış olub.

Yurd.Media xəbər verir ki, rayonun Quşçu kəndində qeydə alınan hadisə zamanı ailənin 3 üzvü ağır ağır xəsarətlər alıb. 

Hadisə zamanı bir ailənin 3 üzvü- 1997-cü il təvəllüdlü C. Cəfərov, 2005-ci il təvəllüdlü T. Cəfərova və 2024-cü il təvəllüdlü F. Cəfərov ağır yanıq xəsarətləri alıblar.

Zərərçəkənlər öncə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib və daha sonra Bakı şəhərində yerləşən xəstəxanlardan birinə göndəriliblər.

Qeyd edək ki, ailə həmin evdə kirayədə yaşayırmış və partlayış səbəbindən fərdi evə də ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Kirayə qaldıqları evdə partlayış oldu, ailənin 3 üzvü ağır yaralandı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları