SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakıda mebel sexindəki şiddətli YANĞININ VİDEOLARI

Bakıda mebel sexindəki şiddətli YANĞININ VİDEOLARI

  • 17 mart 2026, 23:34
Bakı

Bakının Binəqədi rayonunda mebel sexində güclü yanğın baş verib.

Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar.

Yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

Bakıda mebel sexindəki şiddətli YANĞININ VİDEOLARI

Bakıda mebel sexindəki şiddətli YANĞININ VİDEOLARI
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları