SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İşə düzəltmək adı ilə 100 minlik dələduzluq: Qazi həbs edildi

İşə düzəltmək adı ilə 100 minlik dələduzluq: Qazi həbs edildi

  • 19 avqust 2025, 23:57
Goranboy

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən Vətən Müharibəsi qazisi, 28 yaşlı İ.Əliyev saxlanılıb.

Yurd.Media xəbər verir ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və təqaüd düzəldəcəyinə dair yalan vədlər verərək 30-a yaxın şəxsdən ümumilikdə 100.000 manata yaxın pulu dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Prime Leasing
SPE Annual Caspian