SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
DİN: 18 kq narkotik və 1435 ədəd həblə bağlı 4 nəfər saxlanıldı - FOTO

DİN: 18 kq narkotik və 1435 ədəd həblə bağlı 4 nəfər saxlanıldı - FOTO

  • 19 avqust 2025, 20:03

Bakıda mənzil və avtomobillərdən 18 kiloqramdan artıq narkotik aşkarlanıb, 4 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, paytaxtın Binəqədi, eləcə də Yardımlı rayonunda keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri - əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 18 kq 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və ölkəyə yeni gətirilən 1435 ədəd güclü təsiredici gabapentin həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

Prime Leasing