SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Kəlbəcərdə minaya düşən hərbçilərimizin sayı artdı - YENİLƏNİB

Kəlbəcərdə minaya düşən hərbçilərimizin sayı artdı - YENİLƏNİB

  • 06 avqust 2025, 00:31
Kəlbəcər

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı  N.Nuruyev, 29 yaşlı  M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.

*** 05.08.2025 

Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddət artıq hərbi qulluqçu kimi xidmət edir.

E. Tanrıverdiyev Goranboy rayon sakinidir.

Prime Leasing