80 yaşlı qadının meyiti kanaldan tapılıb.
Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, hadisə Oğuz rayonunun Kərimli kəndi ərazisində baş verib.
Belə ki, Kərimli kənd sakini 1945-ci il təvəllüdlü Qənirə İsmayıl qızı Həsənovanın meyiti kənd ərazisindəki kanaldan tapılıb.
Məlumata görə, 80 yaşlı Q. Həsənovanı ailə üzvləri bu gün səhər saatlarından etibarən axtarıblar.
Onun meyiti axşam saatlarında aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.