İzmirin Torbalı rayonunda təlim təyyarəsi qəzaya uğrayıb. Qəzada 31 yaşlı pilot namizədi Berfu Hatipoğlu həyatını itirib.
Yurd.Media sozcu.com-a istinadən xəbər verir ki, Torbalı rayonu Subaşı Məhəlləsində səhər saatlarında qarğıdalı tarlasına təlim təyyarəsi düşüb. Bölgəyə səhiyyə və yanğınsöndürmə ekipajları göndərilib. Ekipajlar xilasetmə işlərinə başlayıb. Təyyarənin Türk Hava Qurumuna aid Cessna-172 tipli təlim təyyarəsi olduğu öyrənilib.