SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gəncədə külək bir neçə ağacı aşırıb - FOTO

Gəncədə külək bir neçə ağacı aşırıb - FOTO

  • 30 may 2026, 23:13
Gəncə

Gəncədə ötən günün axşam saatlarından əsən güclü külək nəticəsində şəhər ərazisində 3 ağacın aşması və 10-a yaxın iri budağın qırılması müşahidə olunub.

Yurd.Media xəbər verir ki, MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən küləyin törətdiyi fəsadlar aradan qaldırılıb. 

Səhər saatlarından başlayan işlərə MKTİB-nin texnikası cəlb edilərək qırılan ağac budaqları hadisə yerindən yığışdırılıb. Aşma ehtimalı olan ağaclar zərərsizləşdirilib, təhlükə yaradan budaqlar kəsilib. 

Qeyd edək ki, MKTİB-nin canlı qüvvə və texnikası vasitəsilə şəhər ərazisində mütəmadi olaraq təhlükə yaradan ağacların budanma işləri görülür.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları