SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Göygöldə Milli Yaylaq Festivalında konstruksiya uçdu, xəsarət alanlar var

Göygöldə Milli Yaylaq Festivalında konstruksiya uçdu, xəsarət alanlar var

  • 25 iyul 2026, 20:53
Göygöl

Göygöldə keçirilən Milli Yaylaq Festivalında bədbəxt hadisə baş verib.

Yurd.Media xəbər verir ki, Göygöl rayonunda keçirilən Yaylaq festivalında taxtadan ibarət konstruksiyanın uçması nəticəsində 5 nəfər xəsarət alıb: Aytəmiz Oruci, Əli Məmmədzadə, Kamran Zeynalov, Nailə İsmayılova, Vüsət Zeynalov.

Zərərçəkənlər təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, Göygöl rayonunda baş verən hadisə nəticəsində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) ise Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları