SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Ağcabədidə kanaldan qadın meyiti aşkarlandı

Ağcabədidə kanaldan qadın meyiti aşkarlandı

  • 30 may 2026, 20:07
Ağcabədi

Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.

Yurd.Media xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, əslən Tərtər rayonunun Köçərli kəndindən olan, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovanın meyiti kanalda tapılıb.

Meyit sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

İlkin məlumata əsasən, qadının intihar etdiyi bildirilir. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Faktla bağlı müvafiq orqanlar tərəfindən istintaq tədbirləri davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları