SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Çayda selə düşən kişi belə xilas edildi - VİDEO

Çayda selə düşən kişi belə xilas edildi - VİDEO

  • 30 may 2026, 22:28
Naxçıvan

Naxçıvanda çayda selə düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisindən keçən Arpaçay çayında qeydə alınıb.

Məlumata əsasən, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən qəfil gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Çayda selə düşən kişi belə xilas edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları