SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İşıqforu heçə sayan sürücü QADINI VURDU: Körpücük sümüyü SINDI - ANBAAN VİDEO

İşıqforu heçə sayan sürücü QADINI VURDU: Körpücük sümüyü SINDI - ANBAAN VİDEO

  • 19 iyun 2025, 16:57
Bakı

Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, gəldiyi sürətlə işıqforun qırmızı işığında yolu keçən minik avtomobili hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılaraq, qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub:

"Digər piyada isə qəzadan son anda xilas ola bilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dəfələrlə işıqforun qadağanedici işarəsinə əməl etməməyin nə qədər təhlükəli olduğunu əks etdirən hadisələrin videogörüntülərini yol hərəkəti iştirakçılarının diqqətinə çatdırıb. Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.

Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, işıqforun qırmızı işığında dayanmaq - yalnız qanuni tələb yox, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntusu piyada və digər sürücülərin həyatına son qoyur və ya onların xəsarət almaları ilə nəticələnir".

TƏBİB qəzası zamanı vurulan piyadanın vəziyyətini açıqlayıb.

TƏBİB-dən Yurd.Media-ya verilən məlumatda bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 16:30 radələrində Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub:

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 20 yaşlı şəxsə (qadın cinsli) zəruri tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Ona körpücük sümüyünün sınığı, baş-beyin sirkələnməsi, döş qəfəsinin zədələnməsi diaqnozları təyin edilib.

Dərhal yaralıya zəruri tibbi xidmətlər göstərilib, instrumental-diaqnostik müayinələrdən keçirilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb".

Prime Leasing