SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istəyən şəxs həbsə getdi

İcra Hakimiyyətinin kabellərini oğurlamaq istəyən şəxs həbsə getdi

  • 27 may 2025, 12:52
Ağsu

Ağsu Rayon İcra Hakimiyyətinə məxsus optik kabelləri oğurlamaq istəyən şəxs saxlanılıb.  

Yurd.Media xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 2003-cü ildə Ağsu rayonunda anadan olan Orxan Əkbərovun (şərti) icra hakimiyyətinə məxsus optik kabelləri kəsib, oğurlamaq istəyi baş tutmayıb.  

O, kabelləri kəsən zaman adam gəldiyi üçün oradan uzaqlaşıb, yaşadığı evı gedib. Səhər tezdən yaşadığı Nizami küçəsinə çıxıb siqaret çəkən zaman polis əməkdaşları  yaxınlaşaraq özülərini təqdim ediblər və onu polis şöbəsinə dəvət ediblər.

Oğurluq cəhdinə görə polisə dəvət olunduğunu başa düşdüyü üçün bundan imtina edib və küçədə səs-küy salaraq, nalayiq ifadələr işlədib.  

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.  Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, öz səhvini başa düşür, bir daha belə hallara yol verməyəcək. Məhkəmənin qərarı ilə Orxan Əkbərov 15 gün müddətinə həbs edilib. 

Prime Leasing