Hövsanda güclü PARTLAYIŞ: Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar

Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"

  • 22 aprel 2025, 14:45
Bakı

"Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar".

Yurd.Media xəbər verir ki, Oxu.Az bildirir ki, bunu Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində ikimərtəbəli evdə baş verən partlayış hadisəsinin şahidi Şəfiqə Məmmədova Baku TV-yə danışarkən deyib.

"Partlayış səsi eşitdim. Gördüm ki, evin içində yanğın başlayıb. Uşaqları xəstəxanaya apardılar. Amma hadisə nəticəsində ölən olduğunu bilmirdim", - deyə qonşu bildirib.

***

Hövsanda evdə partlayış olub.

Yurd.Media "Report"a istinadla xəbər verir ki, hadisə Bağlar massivində evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Partlayış olan ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərirmiş.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli dördotaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib və yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.