SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Kəlbəcərdə hərbçimizin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Kəlbəcərdə hərbçimizin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

  • 29 may 2025, 17:34
Kəlbəcər

Azərbaycan Ordusunun hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Yurd.Media-ya Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Qey edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

***14:56

Kəlbəcərdə minaya düşən hərbi qulluqçumuz Xudaverdi Sadıqovun vəziyyəti açıqlanıb.

Müdafiə Nazirliyindən Yurd.Media-ya verilən məlumata görə, hərbi hospitala yerləşdirilən X.Sadıqovun vəziyyəti kafi qiymətləndirilir.

***13:33

Azərbaycan hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb.

Bu barədə Yurd.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək, sol ayağından xəsarət alıb.

"Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub", - deyə məlumatda qeyd olunub.

Prime Leasing