Xaçmazda evlərə ciddi ziyan dəyib. Belə ki, Xaçmaz rayonu Çığatay kəndində yağan güclü yağış nəticəsində evlərin bir hissəsi uçub, zirzəmilər su içindədir.
Yurd.Media "Xəzər TV"yə istinadən qeyd edir ki, sakinlər tədbir görülməsini istəyirlər.
Sakinlər bildirir ki, evləri təmamilə su ilə dolub və hər şeyləri evin içindədir.
Xaçmaz rayon icra hakimiyyətindən bildirilib ki, ziyan dəymiş evlərlə bağlı aktlar təyin olunacaq və müvafiq tədbirlər görüləcək. Fövqəlada Hallar Nazirliyinin əməkdaşları qəzalı vəziyyətə düşən evləri qeydiyyata alırlar.