Goranboyda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb

Goranboyda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb

  • 11 aprel 2025, 20:46
Goranboy

Goranboy rayonunda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində baş verib.

İncə çayından çəkilən suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyani sahələrə su dolub.

Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb edilib.

Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.