SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Goranboyda insident zamanı ağır xəsarət alan şəxs xəstəxanada ölüb, saxlanılan var

Goranboyda insident zamanı ağır xəsarət alan şəxs xəstəxanada ölüb, saxlanılan var

  • 24 mart 2026, 11:14
Goranboy

Goranboyda insident zamanı ağır xəsarət alan şəxs xəstəxanada ölüb, saxlanılan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, martın 20-də Goranboy rayon sakini, 41 yaşlı Ə.Əliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 32 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından isə bildirilib ki, martın 20-də saat 06:40 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları