SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Goranboyda BƏDBƏXT HADİSƏ: Qayınananın əlindəki tir gəlinə tuş gəldi

Goranboyda BƏDBƏXT HADİSƏ: Qayınananın əlindəki tir gəlinə tuş gəldi

  • 15 may 2025, 12:53
Goranboy

Goranboyda qadın tir gülləsindən xəsarət alamasının detaları məlum olub.

Yurd.Media "Unikal"-a istinadən xəvər verir ki, araşdırmalar zamanı məlum olub ki, N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onu həyat yoldaşı olması müəyyən edilib. Məlumata görə, ailənin əkiz övladları xəstə olduğu üçün sərçə ətinin verilməsi məsləhət verilib. Onlar da yaşadığı evin həyətində sərçə ovlayan zaman tirdən açılan atəş ehtiyatsızlıqdan N.Xudaverdiyevaya dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

*** 23:38

Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.

2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə zamanı qadının qayınanası - 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.