Gəncədə bədbəxt hadisə baş verib.
Yurd.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2017-ci il təvəllüdlü A.Abbasova velosipeddən yıxılıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, azyaşlı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.