SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Gəncədə usta işlədiyi evdəki partlayışın qurbanı oldu

Gəncədə usta işlədiyi evdəki partlayışın qurbanı oldu

  • 12 oktyabr 2025, 10:46
Gəncə

Gəncədə oktyabrın 9-da yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan usta, 1989-cu il təvəllüdlü Elnur Qurbanov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E.Qurbanovdan əlavə daha bir nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing