SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Gəncədə qidadan kütləvi zəhərlənmə

Gəncədə qidadan kütləvi zəhərlənmə

  • 12 iyul 2026, 18:56

Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.

Yurd.Media xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.

Onlar arasında azyaşlılar da var.

İlkin olaraq xəstəxanaya aparılan şəxslər aşağıdakılardır:

N.Rüstəmova (1962)

A.Teymurlu (1986)

İ.Məmmədov (2017)

Z.Hüseynova (2015)

U.İsayev (2020)

B.Əliyeva (1963)

S.Hüseynova (1987)

Və daha bir neçə nəfər.

TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, bugün saat 18:00 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları