Gəncə şəhərində gecə saatlarından güclü külək əsməyə başlayıb, hava şəraiti səbəbindən şəhərin bəzi ərazilərində yol kənarında quraşdırılmış işıq dirəkləri aşıb.
Yurd.Media xəbər verir ki, elektrik təsərrüfatına zərər dəyib, bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Həmçinin Şah İsmail Xətai, Nəriman Nərimanov prospektlərində və bir neçə küçədə iri gövdəli ağaclar aşıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda küləkli hava şəraiti müşahidə olunur.
