Gəncədə gənc qadın körpüdən yıxılaraq xəsarətlər alıb.
Yurd.Media-nın məlumatına görə, hadisə Gəncə şəhərinin Şərq çıxışında olan körpüdə qeydə alınıb.
Nizami Gəncəvi məqbərəsi yaxınlığında olan körpünün üzərindən yıxılan 24 yaşlı Z.Əşrəfova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Yurd.Media-ya bildirilib ki, bugün saat 14:10 radələrində 2002-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.