Gəncədə avtomobillər toqquşub.
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Elnarə Şahbazovanın idarə etdiyi avtomobillə digər avtomobil toqquşub. İdarəetmədən çıxan qadın sürücünün avtomobili daha sonra yolu qarşı tərəfə keçmək istəyən piyadanı- Goranboy rayon sakini 1985-ci il təvəllüdlü Nəsibə Alıhüseynlini vurub.
Nəticədə E.Hüseynova və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bud çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, alın nahiyəsinin hematoması və sağ topuğun daxili səthinin sıyrılmış yarası diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
