Gəncədə avtomobil aşıb.
Yurd.Media-nın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
"Renault" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, avtomobil qəza başverdiyi ərazidə bir neçə ağacları da sındırıb.
Faktla bağlı araşdırma aparılır.
