Əlində pirotexniki vasitə partlayan yeniyetmənin barmağı amputasiya edilib
Yurd.Media-nın məlumatına görə, bayram günü əlində pirotexniki vasitə partlayan Gəncə şəhər sakini olan 13 yaşlı S.Bayramov evə buraxılıb.
Qeyd edək ki, hadisə Göygöl rayon, Üçtəpə kəndində qeydə alınıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasdan bildirilib ki, 22.03.2026-cı il tarixində saat 18:00 radələrində 2013-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona əlin açıq yarası diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.