SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Eyni binada ikinci dəfə lift qırıldı:  Hər gün stress keçiririk - VİDEO

Eyni binada ikinci dəfə lift qırıldı: "Hər gün stress keçiririk" - VİDEO

Bakı

Bakıxanov qəsəbəsində "Akkordun binaları" deyilən yaşayış kompleksində ikinci dəfədir ki, lift qırılır. Hadisə altıncı binada baş verib.

Yurd.Media xəbər verir ki, ilk dəfə bu hadisə baş verdikdə vətəndaşlar xəsarət alıblar. Bu dəfə isə, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sakinlər "Baku TV"yə bildiriblər ki, 15 ildir liftlərlə bağlı addımlar atılmır:

"Liftə mindikdə çox vahiməli səslər gəlir. Xəstə adamlarıq, hər gün də liftə görə stress keçiririk. Bundan öncə lift qıılıb düşdü, içi də insanlarla dolu idi, lakin ört-basdır edildi".

Binanın kommendantı bildirib ki, 10 gündür bu binları nəzarəti götürüblər:

"40 gün içində hər binadan bir lift dəyişiləcək. Bu hadisənin baş verməsinə səbəb servis xidmətinin təcrübəsizliyindən irəli gəlib. Lifti düzəldən şəxs öz səhvini etiraf etdi".

Eyni binada ikinci dəfə lift qırıldı: "Hər gün stress keçiririk" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları