SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Dubaydan olan 38 yaşlı kişi Lənkəranda öldü

Dubaydan olan 38 yaşlı kişi Lənkəranda öldü

  • 01 fevral 2026, 18:48

Lənkəran şəhərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı vəfat edib.

Yurd.Media xəbər verir ki, hadisə mərhumun müvəqqəti yaşadığı ünvanda qeydə alınıb.

Məlumata görə, Dubay şəhər sakini, 1988-ci il təvəllüdlü Mustafa Ali Muhammad Nasserin meyiti aşkar edilərək, müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlkin ehtimala görə, mərhum yuxusuzluqdan əziyyət çəkib və bu səbəbdən qəbul etdiyi dərman preparatlarının təsirindən dünyasını dəyişib. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları