SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Binanın zirzəmisində yanğın: 2 nəfər təxliyyə olundu - VİDEO

Binanın zirzəmisində yanğın: 2 nəfər təxliyyə olundu - VİDEO

  • 03 fevral 2026, 09:07
Göyçay

Göyçayda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib, 2 nəfər təxliyyə olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın genişlənməsinə, həmçinin mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın zirzəmi hissəsində 5kv.m. sahədə süngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalmış mənzildən 2 nəfər təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları