SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Mikrorayonda Qazel alışdı - VİDEO

Mikrorayonda "Qazel" alışdı - VİDEO

  • 02 fevral 2026, 19:31
Sumqayıt

Sumqayıtda "QAZEL” markalı yük avtomobilinin yük hissəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb.

Avtomobil yanğından mühafizə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları