Culfa rayonunda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağışlı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.