Dənizkənarı Milli Park ərazisində yerləşən “Cresent Mall” Ticarət Mərkəzinin reklam qaydalarını pozduğunu müəyyən edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xəta haqqında protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Protokolda qeyd olunur ki, “Cresent Mall” adlı obyektin qarşısında və üzərində məzmunlu reklamın müvafiq icazə olmadan açıq məkanda yerləşdirilməsi faktı aşkar edilib.
Nəsimi Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınıb.
Qərardan narazı qalan Bakı şəhəri Reklam İdarəsi apellyasiya şikayəti verib, lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.