SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Cəlilabadda yük və minik maşınlari toqquşub

Cəlilabadda yük və minik maşınlari toqquşub

  • 04 yanvar 2026, 22:29
Cəlilabad

Ələt–Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yurd.Media xəbər verir ki,  ilkin məlumata əsasən, əks istiqamətlərdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Güclü zərbə nəticəsində “Hyundai” markalı avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb, “KamAZ” isə idarəetmədən çıxaraq yol kənarına düşüb. Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində qısa müddətli çətinlik yaranıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları