Kürdəmirdə son həftə ərzində kəndə sürü halında hücüm edən canavarlar sakinlərin onlarla xırdabunuzlu heyvanını tələf ediblər.
Yurd.Media APA-ya istinadla xəbər verir ki, bugün isə hadisə rayonun Çölqubalı kəndində qeydə alınıb.
Vəhşi heyvanlar kənd sakini Şahin Səfərova məxsus 16 baş xırdabuynuzlu heyvanı parçalaylblar.
Sakinlərin sözlərinə görə, sıx yulğunluqla əhatə olan kənd mütəmadi olaraq vəhşi heyvanların hücumuna məruz qalır.
Kənd bələdiyyəsinin sədr müavini Balamirzə Agayev deyib ki, məsələ ilə bağlı aidiyyəti üzrə məlumat veriləcək və tədbirlər görüləcək.