Hər gün onlayn alış-veriş zamanı müxtəlif dələduzluq halları ortaya çıxır.
Yurd.Media xəbər verir ki, növbəti belə halın qurbanı Çinarə Həsən adlı istifadəçi olub.
Dələduzlar "TikTok"da saxta profil açaraq geyim mağazası təəssüratı bağlışlayan səhifə ilə insanları aldadır. Belə ki, səhifədə davamlı geyimlər paylaşılır, reklam edilir, lakin ödəniş edib çatdırılma tələb edildikdə isə sifarişçi bloklanır.
Sözügedən paylaşımın fotolarını təqdim edirik: