SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Binəqədi rayonunda qəzalı yataqxana – 43 ailə təhlükə altında yaşayır

Binəqədi rayonunda qəzalı yataqxana – 43 ailə təhlükə altında yaşayır

Bakı

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, 43 mənzildən ibarət yataqxana binası qəzalı vəziyyətdədir.

Yurd.Media xəbər verir ki, sakinlər "ATV xəbər"ə şikayət edərək binanın əksər otaqlarının divarlarında iri çatlar yarandığını, yağışlı havalarda isə mənzillərə su dolduğunu bildiriblər.

Əlavə olaraq, binadakı taxta pilləkənlər çürüdüyündən hərəkət zamanı yıxılma və xəsarət alma təhlükəsi mövcuddur. Sakinlər bildirir ki, gecə saatlarında pilləkənlərdən istifadə etmək qorxuludur.

"Divarda çat var, mənim evimin döşəməsində də çatlar əmələ gəlib. Adi bir silkələnmə ilə bina çökə bilər. Bu evlər artıq yaşamaq üçün təhlükəlidir", – deyə sakinlərdən biri deyib.

Binəqədi rayon 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Niyazi Həsənovun sözlərinə görə, bina artıq qəzalı evlər siyahısına daxil edilib: "Burada hal-hazırda 43 mənzil var. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bina qəzalı kimi qeydiyyata alınıb. Şəhərsalma və Arxitektura Komitəsi də əraziyə baxış keçirib. Müvafiq qərar qəbul edildikdən sonra sakinlərin köçürülməsi nəzərdə tutulur".

Qeyd edək ki, sözügedən yataqxana binası 1918-ci ildən istismar olunur və bu günə qədər heç bir əsaslı təmir-bərpa işləri aparılmayıb.