SÜJET
Biləsuvar rayonu, Xırmandalı kəndində bədbəxt hadisə baş verib.
Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini, 44 yaşlı Ramin Bəşirov əmisi oğlu Cavid Bəşirovla birlikdə mal-qaranı evə qaytarmağa gedərkən yağışa düşüblər. Bu zaman güclü ildırım Ramin Bəşirovu vurub və onu yaxınlıqdakı su arxına atıb. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib.
"Oğlum mal-qaranı asfaltdan keçirəndə birdən-birə ildırım vurub. Qolunu, ayağını yandırıb" , - deyə zərərçəkənin atası Habil Bəşirov bildirib.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıya zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Ətraflı süjetdə:
08:23
Biləsuvar rayon sakinini ildırım vurub.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub.
Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.