SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bayram günlərində ölkədə 21 nəfər xilas edilib - VİDEO

Bayram günlərində ölkədə 21 nəfər xilas edilib - VİDEO

  • 01 iyun 2026, 10:46

Azərbaycanda əsasən bayram və istirahət günlərinə təsadüf edən ötən həftə ərzində 21 nəfər xilas edilib. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə qurum Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 221 yanğına çıxış, 17 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 1-i azyaşlı olmaqla 21 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bayram günlərində ölkədə 21 nəfər xilas edilib - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları