SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Balakəndə ölümlə nəticələnən ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU - FOTO

Balakəndə ölümlə nəticələnən ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU - FOTO

  • 24 iyul 2025, 15:16
Balakən

Balakən rayonunun Qullar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Yurd.Media xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 12:00-da baş verib.

Belə ki, "Mercedes-Benz" markalı, 20-EU-635 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü, 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

*** 13:29

Balakən rayonun Qullar kəndində ağır yol qəzası baş verib.

Yurd.Media"Unikal"a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb.

Nəticədə iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing